BaşlıcaTəhlil

“Azərbaycan prezidenti Xocalı hadisələrinin faktlarını təhrif edərək Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına maneə törədir”

Qarabağ münaqişəsi 1992-ci ildən bəri hələ ki həll olunmayıb. 2016-cı il aprel ayında isə, Azərbaycan rejimi Qarabağda hərbi əməliyyatlara başladı. Dağlıq Qarabağ Respublikası müharibə mühitində yaşayır, əhalisi isə, vətən uğruna silah alıb mübarizə etməyə hazırdır. Bu barədə “Panorama.am” İtaliyanın «Panorama.it» xəbər saytına istinadən məlumat yayıb.

1991-ci il dekabr ayında Dağlıq Qarabağ erməniləri ifadə azadlığı və öz müqəddəratını təyin etmək hüququndan istifadə edərək referendum keçiriblər və müstəqillik elan ediblər. Referendumdan sonra Azərbaycan tərəfi Dağlıq Qarabağ Respublikasına qarşı hərbi əməliyyatlara başladı.

Məqalədə qeyd edilir ki, Xocalı Qarabağ münaqişəsinin ən dəhşətli səhifələrindən biridir, lakin Azərbaycan rejimi tərəfindən  iddia edilən “soyqırım” həqiətə uyğun deyil. Azərbaycan hakimiyyətləri ölkədə KİV-ləri və yayılan informasiyaları nəzarət altında saxlayırlar. Bakı rejimi dünyadakı ən avtoritar rejimlərdən biridir. Azərbaycan prezidenti İlham Əliyev isə, artıq üçüncü dəfədir ki, prezident vəzifəsindədir.

Xocalı hadisələrə gəlincə isə, Azərbaycan və bəzi qərb mənbələrində “Xocalı soyqırımı” haqqında təqdim edilən faktlar sadəcə manipulyasiyadır. Məqalədə deyilir ki, 1992-ci il fevralın 25-dən bir neçə gün öncə Dağlıq Qarabağın Müdafiə Qüvvələri radio ilə Azərbaycan hakimiyyətinə və dinc sakinlərə atəş nöqtəsinin neytrallaşdırması üçün hərbi əməliyyatlara başlamağın vacibliyi və  mülki əhalinin evakuasiyası üçün buraxılmış humanitar dəhlizlə bağlı məlumat vermişdilər.

İtaliyanın saytı Azərbaycan mənbələrinə istinadən yazır ki, Xocalı sakini Salman Abbasov radio ilə sakinlərə xəbər vərmə faktını təsdiq edərək deyib ki, yerli hakimiyyət orqanları əhalinin evakuasiyasını qadağan etdilər. “Evakuasiyamıza azərbaycanlılar maneə olublar”,-deyə Abbasov qeyd etdi.

Azərbaycan mənbələrindən məlum olur ki, Xocalının o zamankı  bələdiyyə başçısı Elman Məmmədov hücum haqqında bilirdi və vertolyotlar xahiş etmişdi, lakin Bakı hakimiyyətləri ona kömək etmədilər. Hadisələri araşdıran komissiya sədri, Milli Məclisin deputatı Ramiz Fətəliyevin ifadələri də diqqət çəkicidirlər. Onun  sözlərinə görə, Xocalı olaylardan 4 gün əvvəl prezidentin, baş nazirin, KGB başçısının və digər şəxslərin iştirak etdiyi Azərbaycan Milli Təhlükəsizlik Şurasının iclasında Xocalının dinc sakinlərini evakuasiya etməmə qərarı verildi.

Materialda qeyd edildiyi kimi, bu ifadələr göstərirlər ki, mülki insanlar Azərbaycan hakimiyyəti üçün atəş nöqtəsini müdafiə edən “canlı qalxan” kimi istifadə edildi.

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov müsahibələrindən birində deyib ki, baş verən olaylar Azərbaycan müxalifəti tərəfindən onu devirmək üçün törədilmişdi. “Demək olar ki, insanların evakuasiyası üçün ermənilər dəhliz buraxmışdılar. O halda, hem də Ağdama yaxın bir sahədə, atəş açmaq onların nəyinə lazım idi?. Ağdamda insanlara yardım etmək üçün olduqça güc vardı.”,-deyə sabiq prezident bildirmişdi.

Mütəllibovun 2001-ci il martın 6-da «Новое Время» qəzetinə verdiyi müsahibədə deyilir:  “Aydındır ki, biri Azərbaycanın hakimiyyətini dəyişmək məqsədilə qırğın törətdi.” Mütəllibov beləcə Azərbaycan Xalq Cəbhəsinə eyham etdi. Onların qrupları Xocalı yaxınlığında yerləşdirilmişdilər.

Xocalı hadisələri ilə bağlı bir neçə azərbaycanlı ictimai xadimlər və jurnalistlər tərəfindən bu cür qiymətləndirmələr oldular, lakin Azərbaycanda hakimiyyətdə olan rejim, prezident İlham Əliyevin rəhbərliyində, Xocalı haqqında öz “həqiqəti” ilə ermənifobiya yaradır. Bu “həqiqətə” etiraz edənlər isə, ya həbs edildi, ya da öldürüldülər. Bütün bunları Azərbaycanın cinayət məsuliyyətini bir daha da sübüt edir.

Rəqəmlər də bunu göstərirlər. SIPRI (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) məlumatlarına görə, son 7 il ərzində Azərbaycanın hərbi xərcləri 2500% artıblar. Bu rəqəm 30-cu illərdə Nazi Almaniyanın yenidən silahlanma rəqəmləri ilə eynidir.

Əlbəttə, bu faktı, 1994-cü ildə imzalanmış atəşkəs rejiminin tez-tez pozulmaları, Azərbaycan hakimiyyətinin döyüşkən bəyanatları, məktəblərdə ermənifobiyanın yayılması ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlardakı ən böyük maneədir.

Daha çox göstər
Back to top button