Mehriban Əliyevanın və Tunisin keçmiş diktatorun həyat yoldaşının bənzərlikləri

Azərbaycan prezidentinin həyat yoldaşının Mehriban Əliyevanın ölkənin birinci vitse-prezidenti vəzifəsinə təyin olunması sübut etdi ki, Azərbaycan xalqının, məsul rəsmiləri və ölkənin bütün vətəndaşları gülünç bir vəziyyətdə peyda olunub”- deyə İranın “Asiran.com”-un məqaləsində yazılır.
İran mənbəyi “Azərbaycan və İlham Əliyevanın sərsəmlikləri“ adlı məqələ yaydı.
Məqalənin müəllifi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasınıa toxunaraq yazdı: “ Qeyd edə bilərik ki, təhsil və təcrübə baxımından İlham Əliyevin həyat yoldaşı vitse-prezident vəzifəsinin tələblərinə uyğun deyildir”.
Sonra məqalənin müəllifi davam edərək əlavə etdi. :” Bundən əvvəl Tunisin keçmiş prezidenti Zeyn al-Abidin Ben Alinin həyat yoldaşını Leyla Ben Alii də birinci vitse-prezidenti vəzifəsinə təyin etməyə çalışdı.Lakin 2011-ci ildə Tunisda baş verilən etiraz aksiyaları səbəbiylə Ben Ali ailəsi ilə Səudiyyə Ərəbistanına qaçmağa məcbur qaldı.
“Libyada Kadafi də oğlunu hakimiyyətə gətirməyə çalışdı, Misirdə Hüsnü Mobarak da oğlunu növbəti prezident üçün hazırlamağa çalışdı, Yəmən prezidentinin də eyni niyyəti vardı”- deyə İran mənbəyi əlavə etdi.
İranın “Mehr” informasiya agentliyinin bildirdiyinə görə, İran rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan höumətlərarası komitənin həmsədri Mahmud Vaezi bildirdi ki, martın 5-də Azərbaycanın prezidenti İlham Əliev İrana səfər edəcək.