Siyasət

Ölkələrmiz üçün sülhün saxlanılması xüsusi əhəmiyyət daşıyır: ER və Gürcüstan Baş nazirlərinin bəyanatı

“Görüşdə Ermənistan və Gürcüstan arasındakı əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən ticarət və iqtisadi sahədəsindəki vəziyyəti, əməkdaşlığın gələcək inkişaf prespektivləri müzakirə etdik. Nəqliyyat, enerji, turizm, mədəniyyət və digər sahələrlə bağlı ən önəmli məsələlər müxakirə olundu.

Görüşdə regiondakı problemlərə toxunaraq qeyd etdik ki, sülh və sabitliyin saxlanılması ölkələrimizin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.” Bu haqda Gürcüstan Baş naziri Qrigori Kvirikaşvili ER Baş naziri Karen Karapetyan ilə görüşün sonunda bəyan edib.

O deyib ki, ER Baş nazirinin iki ölkə arasında müxtəlif sahələrdə birgə bazar potensiyalının reallaşdırılması istiqamətində çox maraqlı təklifləri vardır. “Biz bu mövzuda aktiv şəkildə işləməyə hazır olduqlarımızı bildiridik. Biz özəl sektoruna təşviq edəcəyik ki, regional əməkdaşlıq potensialından tam istifadə etsinlər.”,-deyə o əlavə etdi.

ER Baş naziri isə, qeyd etdi ki, bütün istiqamətlərə yeni təkan verəmə haqqında razılaşdılar. “Regional əməkdaşlığın yeni yanaşması haqqında danışdıq və əminəm ki, bu sahədə böyük potensiyalımız vardır. Biz maraqlıyıq ki, Gürcüstan vətəndaşları Ermənistanı investisiya qoymaq və turist kimi ziyarət etmək üçün uyğun bir ölkə olaraq görsünlər. Gürcüstan Baş naziri ilə bu istiqamətdə irəli getməyə qərar verdik. Bundan əlavə, əməkdaşlarımızın Ermənistan bazarı ilə maraqlı olan gürcü biznesmenlər üçün  “açıq gün” təşkil etməyə aydın təlimatları vardır.”,-deyə Karen Karapetyan bildirib.

Daha çox göstər
Back to top button