BaşlıcaSiyasət

Artsax ombudsmanı: “AŞ deputatlara qarşı Azrəbaycanın cinayət təqibi Avropa siyasi cəmiyyətinə qarşıdır”

“Azərbaycan son illərdə insan hüquqlarının pozulması baxımından beynəlxalq hüquq müdafiəçilərini təəccübləndirən bənzəri olmayan addımlar atır.
Bu pozuntular həmçinin daxili həyat ilə bağlıdır”.  “Avropa şurası deputatlarına qarşı cinayət işinin açılması barədə Azərbaycanın qərarı: Ermənistan buna qarşı hansı addımlar atacaq?” mövzüsü ilə Yerevanda təşkil edilmiş müzakirədə bu haqda Artsax İnsan hüquqları müdafiəçisi Ruben Melikyan deyib.

“Azərbaycan qırmızı xətti keçib. Demək istəyirəm ki, yeni meydan oxumalarını təsdiq edir. Bu dəfə bu meydan oxumaları Avropanın siyasi cəmiyyətinə yönəlmişdir”,- deyərək Ruben Melikyan hazırkı vəziyyəti təsdiq edib.

Artsax İnsan hüquqları müdafiəçi ofisinin addımlarını təsdiq edərək, ombudsman deyib ki, hər zaman olduğu kimi beynəlxalq cəmiyyətə mümkün olan qədər əlverişli informasiya verməyə cəhd  edirlər və tərəfdaşları üçün motivasiya yaradacaqlar ki, Artsax münaqişəsi və Artsaxda yaşayan insanların hüquqları daha çox diqqət mərkəzində olsunlar.

“Bu ziyarətlər, elm fəaliyyəti və başqa şəkillərdə olacaq. Azərbaycanın bu cür qərarı bizə Artsaxın beynəlxalq diqqətə çatdırılmasına imkan verir və biz bu imkandan mümkün olana qədər istifadə edəcəyik”.

Daha çox göstər
Back to top button