BaşlıcaBeynəlxalq

Kasprşikin müdaxiləsiylə “Neytral zona”da qalan cənazələri götürmək məsələsi razılaşdırılıb

ATƏT Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Srefan Viskonti (Fransa) və Rişard Hoqland (ABŞ) Dağlıq Qarabağ və Azərbaycanın təmas xəttində son vaxtlardakı gərginliyin artımına dair bəyanat yaymışlar.

Bu haqda ATƏT mətbuat xidmətindən məlumatlandırılır.

“Ermənistan və Azərbaycanın Müdafiə nazirliklərinin informasiyalarına, həmçinin digər mənbəələrə əsasən fevralın 25-də səhər ertə təmas xəttində atəşkəs qorunmasının ciddi pozuntuları protokollaşdırılıb ki, onun nəticəsində itkilər və zərər çəkənlər var.

Hələ də bir neçə cənazələr “neytral zona”da qalmaqdadır (no man’s land): Tərəflər bir-birilərini diversiya cəhhdində günahlandırır.Həmsədrlər tərəfləri səsləyir ki, daha öncə təmas xəttinə yaxılaşmış ağır hərbi texnkianı hazırkı mövqelərdə saxlasınlar və məhv olunmuşların meyidlərini götürməyə icazə verilsin.

Dünən,ATƏT fəaliyyətdəki sədrin şəxsi təmsilçisinin müdaxiləsiylə bu haqda razılığa gəlinib.Həmsədrlər tərəflərə güc tədbiqindən istifadə olunmaması barədə öhdəliklərini xatırlatmışlar”- deyə həmsədrlərin bəyanatında bildirilib.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button