Başlıcaİctimaiyyət
Sputnik: “ER-da RF hərbi bazası MİQ-35 qırıcılarını ala bilər”

Rusiyada istehsal olunan MİQ-35 qırıcıları, Ermənistanda yerləşdirilmiş RF SQ 102-ci hərbi bazasının MİQ-29 qırıcılarını əvəz edə bilər.
Bu haqda Sputnik mətbuat saytına hərbi bazanın komandiri Aleksandr Petrov bəyan edib.
“Son vaxtlar MİQ-35 təyyarəsinin sınaq layihəsini nümayiş etdilər.
Bir neçə ildən sonra aviabazanın MİQ-35 təyyarəylə tamamlana biləcəyini gizlətmirəm,hansı ki, tezliklə Rusiya Federasiyasında istehsal olunacaqdır”- deyərək Petrovun sözlərini informasiya saytı dərc edib.
Hazırda hərbi baza Rusiyada istehsal olunan MİQ-29 qırıcılarıyla tamamlanıb.
MİQ-35 qırıcıları isə onların sonralar təkmilləşdirilmiş variantıdır. Rusiya mənbəələrinə əsasən sonuncu istifadə olunmaq baxımından daha əlverişlidir.