Siyasət
BMT-nin baş katibi Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb

BMT-nin baş katibi Antoniu Quterreş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib.
“Baş katib tərəfləri atəşkəs rejiminə əməl etməyə və tezliklə danışıqları bərpa etməyə çağırır”, deyə S.Düjarrik qeyd edib.
O həmçinin vurğulayıb ki, Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınmasına yönələn səylərini birmənalı olaraq dəstəkləyir.