Siyasət

Hollandiya erməniləri Azərbaycanın Haaqadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər və XİN-ə məktub veriblər

Hollandiya ermənilərinin əməkdaş təşkilatları Hollandalı Ermənilərin Təşkilatlar Federasiyası və Hollandiyadakı Erməni Milli Komitəsi Azərbaycanın Haaqadakı səfirliyi qarşısında 1988-ci ildə Sumqayıt və Azərbaycanın digər şəhərlərində ermənilərə qarşı törədilmiş qırğınlarının qurbanlarını yad edərək etiraz aksiyası keçiriblər. Hollandiya ermənilərinin əməkdaş təşkilatlarından “Armenpress”-ə verilən məlumata görə, Hollandiya Xarici İşlər Nazirliyində Hollandiya ermənilərinin əməkdaş təşkilatlarının nümayəndə həyetini Nazirliyin Avropa ölkələri üzrə idarəsinin sədr müavini Adrian Plam qəbul etdi.

Nümayəndə həyeti ona Hollandiya ermənilərinin əməkdaş təşkilatlarının Xarici işlər naziri Kunderse yönəlmiş məktubunu verdi.

Məktubda qeyd edilir ki, Hollandiya hökuməti cari vəziyyətin qiymətləndirilməsi üçün hər səy göstərməlidir, çünki sülh yolu ilə həlli üçün ilk öncə atəşkəs rejimi qorunmalıdır, ki Azərbaycan hər güün pozur, lakin beynəlxalq ictimayyiət heç bir qiymətləndirmə etmir.

Məktubda deyilir ki, Ermənistana və ermənilərə qarşı Azərbaycan təcavüzü və açıq irqçilik aktlarını açıq şəkildə pisləmək lazım. Hollandiyalı diplomat öz ölkəsinin bu mövzuda siyasət məhdudiyyətləri haqqında danışaraq ümid etdi ki, ATƏT-in Minsk Qrupuna dəstək vermək üçün mümkün olanı ediləcək. Nümayəndə həyeti bloqqer Lapşinin Azərbaycana ekstradisiya etmə qərarı ilə bağlı Hollandiyanın müvqeyinə dair məsələni də qaldırıblar.

Daha çox göstər
Back to top button