BaşlıcaSiyasət

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir: Stoltenberq

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində Mİnsk Qrupunun səylərini dəstəkləyir.

Bu barədə Yens Stoltenberq Brüsseldə Ermənistan Prezidenti Serj Sarkisyanla görüşdən sonra bildirib.

“Bİz Dağlıq Qarabağ məsələsini müzakirə etdik. Gərginliyin qarşısını almaq vacibdir. Əsas məsələ eskalasiyadan uzaq olmaqdır. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.  Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”, deyə Y.Stoltenberq qeyd edib.

Stoltenberq Serj Sarkisyanı NATO ilə sıx əməkdaşlığı münasibətilə təşəkkür etdi. “Düşünürəm ki, bu əməkdaşlıq hem Ermənistan, hem də NATO üçün mübət olacaq”,-deyə NATO baş katibi yekunlaşdı.

Daha çox göstər
Back to top button