Beynəlxalq

Saccad Kərim: ”Avropa parlamentinin millət vəkilləri barəsində beynəlxalq axtarış elan etdilməsi faydasız və arzuedilməz bir addımdır”

Avropa Parlamentinin Aİ-Ermənistan və Aİ-Azərbaycan Parlament Əməkdaşlığı komitəsinin  həmsədri Saccad Kərim  Azərbaycanın baş prokuroru tərəfindən bu həftə Avropa Parlamentinin millət vəkilləri Eleni Teoxarus, Frank Engel və Yaromir Şetinaya barəsində beynəlxalq axtarış elan edilməsi ilə bağlı bəyantla çıxış etdi.

Bəyanatda qeyd edilir:

“ Avropa Parlamentinin  millət vəkilləri hər hansı bir yeri ziyarət etmək və şəxsi inancılarını aparmaq hüququna malikdirlər. Eyni zamanda Avropa Parlamentinin millət vəkilləri atəşkəs rejiminin aydın kövrəkliyinə xüsusi diqqət yetirməlidir.

Onlar Dağlıq Qarabağ məsələsi ilə bağlı vasitəçilik prosesini dəstəkləməli və belə səfərlər zamanı onların qeyri-rəsmi, şəxsi statusunu  aydınlaşdırmalıdır.

Beynəlxalq axtarış elan edilməsi  faydasız və arzuedilməz reallıqdır. O, həmçinin  Avropa Parlamentinin millət vəkillərinin şəxsi səfərlərinin əhəmiyyətinin həddini artırdı .

Regionda münaqişələrin sülh yoluyla nizamlansı, iqtisadi irəliləyiş və  həyat şəraitinin yaxşılaşdırılması üçün  Minsk qrupunun siyasi vasitəşilik səyləri lazımdır.

Bu bizim  siyasi fəaliyyətimizin hərəkatı olmalıdır və biz bunu Avropa Parlamentinin müxtəlif orqanlarının vəsitəsi ilə açıq və şəffaf şəkildə həyata keçirirk”- deyə  o qeyd etdi.

Daha çox göstər
Back to top button