ATƏT-in baş katibi hesab edir ki, Avropada adi silahlı qüvvələr haqqında müqavilə yenidən nəzərdən keçirilməlidir

ATƏT-in baş katibi Lamberto Zaniyer TASS-a müsahibəsində qeyd etdi ki, Avropada adi silahlı qüvvələr haqqında müqavilə yenidən baxılmalıdır.
Silahlar üzərində nəzarətin alətləri çox yaxşı deyil və bunlar yenidən nəzərdən keçirilmələdir”- deyə o qeyd etdi.
Onun sözlərinə görə, Avropada adi silahlı qüvvələr haqqında müqavilə çox parametrlərlə köhnəlmişdir və düzgün qaydayla işləmir.
Bəlkə də hazırkı şəritlərdə silahlar üzərində nəzarətlə bağlı yeni saziş hazırlaya bilərik. Lakin mən belə hesab etirəm ki, Avropa adi silahlı qüvvələr haqqında müqaviləni əvəz edəcək hər hansı bir şeyi əldə etmək çox çətin olacaq”- deyə Zaniyer bildirdi.
O, qeyd etdi ki, Avropa adi silahlı qüvvələri haqqında müqavilənin müasirləşdirilməsi üzrə danışıqlara başçılıq edib. Lakin 1999-cü ildə İstanbulda imzalanmış adaptasiyalaşdırılmış müqavilə ratifikasiya olunmayıb. İndi hesab edirəm ki, nəsə əldə etmək üçün daha çətin olacaq”- deyə ATƏT-in baş katibi bildirdi.