BaşlıcaSiyasət

Azərbaycan ATƏT missiyasını ön cəbhəyə aparmayıb

Artsax Respublikası hakimiyyətləri ilə əldə edilimiş razılaşmalara əsasən ATƏT missiyası martın 1-də Artsax və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində Asgaran rayonu istiqamətində, Şxlar yaşayış məntəqəsində planlı müşahidə keçirib.

DQR XİN mətbuat xidmətindən məlümat verirlər ki, Artsax Respublikasının Müdafiə ordusunun mövqelərindən müşahidəni ATƏT sədrinin şəxsi nümayəndəsi səfir Ancey Kaspşik və onun səhra köməkçiləri Genadie Petrika (Moldova) və Xristo Xristov (Bulgariya) keçirib.

Təmas xəttinin əks tərəfindən müşahidəni ATƏT sədrinin səhra köməkçisi İrji Aberle (Çexiya) və ATƏT sədrinin şəxsi nümayəndəsinin köməkçisi Saymon Tiller (Böyük Britaniya) keçirib.

Müşahidə nəzərdə tutulmuş müddətə əsasən keçirilib, atəşkəs pozuntuları qeyd edilməyib. Amma Azərbaycan tərəfi ATƏT missiyasını ön cəbhəyə gətirməyib.

Müşahidə missiyasını Artsax tərəfindən Artsax Respublikası Xarici işlər nazirliyinin və Müdafiə Ordusunun  nümayəndələri müşaiyət ediblər.

Daha çox göstər
Back to top button