İctimaiyyət

Azərbaycanda “Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur”. Ölmüş hərbçini adi kənd qəbiristanlığında dəfn ediblər

Artsax Respublikası və Azərbaycan təmas xəttində fevralın 25-də Azərbaycan tərəfinin diversiya cəhdi nəticəsində başladığı döyüşlər zamanı ölmüş azərbaycanlı əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki “Şəhidlər Xiyabanı”nda dəfn edilməsinə izin verilməyiblər. Bu barədə Turan-a mərhumun atası Nazim Cəfərov bildirib.

Onun sözlərinə görə, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, “Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur”.

Odur ki, döyüşlər zamanı həlak olan hərbçini adi kənd qəbiristanlığında dəfn ediblər ki, bu da onun doğmalarının narazılığına səbəb olub.

“Bu, Vətən uğrunda canından keçən şəhidin xatirəsinə hörmətsizlikdir. Rayon hakimiyyətinin rəftarı hiddət doğurur. Şəhidlər Xiyabanında yer var, bunlar bəhanədir”, – hüquq müdafiəçisi Elşən Həsənov belə deyib.

Daha çox göstər
Back to top button