Azərbaycanın dövlət borcu 11 milyard dollar təşkil etdi
Azərbaycanın rəsmi dövlət borcu 2016-cı ilin sonuna ÜDM-nin 22.5 faizi olub. Bu haqda cephe.info beynəlxalq reytinq agentliyi “Fitch”i istinadan bildirdi.
Azərbaycalı iqtisadçı Rövşən Ağayev reytinq agentliyinin informasiyasını şərh edərək, qeyd etdi ki,”Fitch” yalnız hökumətin xarici borclarını nəzərdə tutdu.
“Lakin son vaxtlarda Azərarbaycanın daxili borcları da sürətlə artır və hal-hazırda Azərbaycanın dövlər borcu ÜMD-ın 35 faizi olub.Manat ifadəsində xarici borclar 13 miliyard manat, daxili borclar 7.5 milyard manata çatır. Eyni zamanda nəzərə alaq ki, dövlət sektorunun hökumət zəmanəti ilə almadığı borclar dövlət borcu statistikasına daxil edilmir”- deyə Ağayev vurğuladı.
Məsələn, son iki ildə daxili borcun ÜDM-də payı 2-3 fazidən 12 faizədək yüksəlib”- deyə iqtisadçı qeyd etdi.
“İnterfax-Azərbaycan”-ın bildirdiyinə görə, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində saxlayıb. Bu reytinq mənzərəsi mənfi olaraq təsdiq edilib.
Reytinq agentliyi neft sektoru üzrə milli iqtisadiyyatın və bank sektorunun zəifliyi olaraq qeyd etdi. Qeyd edilir ki, neftin qiymətinin azalması Azərbaycanın iqtisadiyyatını sərt şəkildə vurdu. Bu isə kapital xərclərinin 41 faizlə azalmasına səbəb oldu.
“Fitch” 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsirini proqnozlaşdırdı.