BaşlıcaSiyasət

Azərbaycanlı əsgərlərin cəsədlərini əks etdirən videogörüntülərini yayan saytın redaktoru Baş Prokurorluğa çağırılıb

Artsax-Azərbaycan təmas xəttində son günlərdə vəziyyət gərgin idi və Azərbaycan hakimiyyəti ölkədə media və sosial şəbəkələri nəzarət altında saxlayır, ki ölkədən istənilməz məlumatı yayılmasın və insanlar həqiqəti bilməsinlər. Bu qadağanı pozanlar isə, təqib olunurlar.

Məlum olub ki, dünən axşam “Azərbaycan 24” xəbər saytının baş redaktoru Elgün İbrahimov Azərbaycan Baş Prokurorluğuna çağırılb. Səbəb isə, odur ki, “Azərbaycan 24” xəbər portalının internet saytında, eləcə də “YouTube” sosial şəbəkəsinin həmin xəbər portalına məxsus kanalında bu ilin fevralın 24-dən 25-ə keçən gecə Azərbaycan silahlı qüvvələrinin bölmələri cəbhəboyu ərazilərdə irimiqyaslı təxribatlar törətmək məqsədilə mövqelərimizə soxulmağa cəhd göstərərkən baş verən döyüşlərdə ölmüş 5 əsgərin cəsədlərini və digər informasiyaları əks etdirən videogörüntülər yerləşdirilib. Video isə, Ermənistanın KİV-lərində yayılmışdı.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə,  bununla əlaqədar, xəbər portalının baş redaktoru Elgün İbrahimov Baş Prokurorluğa dəvət edilməklə, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu portalda hərbi sirr təşkil edən, düşmən tərəfinin maraqlarına xidmət edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Bundan sonra qeyd edilən saytdan və “YouTube” sosial şəbəkəsinin həmin xəbər portalına məxsus kanalından video silinib.

Bunun yerinə isə, Azərbaycanın bütün KİV-ləri sadəcə Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatı yayırlar, guya ki, sözügedən 5 hərbçi erməni tərəfinin hücum nəticəsində öldürülmüşdü. Lakin eləcə də açıqlanmırlar ki, ermənilərin hücumu nəticəsində ölmüş əsgərlərin cəsədləri necə olar ki, erməni mövqelərin yaxınlığında və Azərbaycan mövqelərindən o qədər uzaqlıqdadırlar.

Təqiblərə rəğmən, sosial şəbəkələrin bəzi azərbaycanlı istifadəçiləri son günlərdə yazıblar ki, Azərbaycanın sərhədyanı  bölgələrindən azərbaycanlı əhali qaçmışdı. Lakin sonra bu məlumatlar silindi. Ehtimal edilir ki, bu yazılar xüsusi orqanları tərəfindən sildirdilər. Hələ 2016-cı il aprel müharibəsi günlərində Azərbaycan hakimiyyətləri interneti nəzarət altında saxlayırdılar. O günlərdə sərhədyanı bölgələrində yaşayanların qaçma fotoları yayılmışdı, lakin fotoları yaymış insanları polisə çağıraraq fotoları sildirmişdilər.

Şübhə yoxdur ki, indi də eyni şeyi etdilər. Buna baxmayaraq, Azərbaycanın bəzi rəsmiləri, istəməyərək də olsa, təmas xətdə panik olduğunu ətiraf edirlər. Məsələn, iki gün öncə Azərbaycan Milli Məclisinin  vitse-spikeri Bahar Muradov Aknanın Azərbaycan nəzarətində olan bir neçə kəndləri ziyarət edərək əhalisi ilə foto çəkmişdi. O bildirmişdi ki, beləliklə sərhədyanı bölgələrdə olan panik haqqında məlumatları təqzib edilir. Lakin o beləcə bir dəfə də göstərdi ki, Azərbaycanda panik haqqında məlumatlar yayılmışdı.

Daha çox göstər
Back to top button