Siyasət

ER-da ABŞ səfiri: “DQ münaqişəsinin tərəfləri dərhal müzakirələr masasına qayıtmalıdır və intensiv müzakirələr olmalıdır”

Daqlıq Qarabağ münaqişəsinin heç bir zaman hər hansı hərbi həlli ola bilməz.  Tert.am-a müsahibəsində Ermənistanda ABŞ fövqalədə və səlahiyyətli səfiri Riçard Mils Qarabağ-Azərbaycan təmas xəttində baş vermiş son olaylara toxunaraq bu haqda deyib.

Səfir qeyd edib ki, münaqişənin hərbi yolla həlli daha böyük faciəyə gətirərək, regionun gələcək inkişafına mane olacaq. Mils vurğulayıb ki, bu vəziyyətdə ATƏT Minsk qrupu gələcək gərginliyin qarşısını almaq üçün əlindən gələni etdi və tərəfləri vəziyyəti daha gərginləşdirməməyə çağırdı.

“Təmas xəttində zorakılıqların yenidən başlanması keçən həftə ABŞ-ı, məni və Minsk qrupunu narahat etdi.

Minsk qrupunun həmsədrləri dərhal bəyanatlar verərək təmas xəttində təmkinlik göstərməyə, gərginliyin azaldılması üçün əlindən gələni etməyə çağırıb.

Mən məmnunam ki, zorakılıqlar cüziləşdirilib və iki tərəflər gələcək gərginliyin qarşısını almaq üçün tədbirlər həyata keçirib.

Bu toqquşmalar, insidentlər yenə vurğulayır ki, tərəflər dərhal müzakirə prosesinə yenidən başlamalıdır.

Dağlıq Qarabağ münaqişəsinin heç bir zaman hərbi həlli ola bilməz. Hərbi yol yalnız daha böyük faciəyə, daha çox itkilərə gətirəcək və bu yalnız regionun gələcək inkişafına mane olacaq”.

Minsk qrupunun münaqişənin gərginliyinin yeni mərhələsinə girməyəcəyi üçün yetərli addımlar atması barədə suala cavab verərək, səfir qeyd edib:
“Bəli, məncə Minsk qrupu gərginliyin qarşısını almaq üçün əlindən gələni edib və vəziyyəti daha gərginləşdirməməyə çağırıb.

Həmçinin intensiv müzakirələr olmalıdır və bu etimad tədbirlərinin yaradılmasından sonra başlanmalıdır. Bunlar üzrə razılaşmalar hələ keçən ilin yazında Sankt Pereburqda və Vyanada əldə edilib.

Daha çox göstər
Back to top button