Ekonomika

Borc yükü səbəbindən “Azərenerji” ciddi təzyiqlə üzləşir

Hökumətin dəstəyi olmasa, “Azərenerji” ASC xarici öhdəliklərinin yerinə yetirilməsində problemlərlə üzləşər. “Standard&Poor`s Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda belə deyilir.

Borc yükü və kapitalın dayanıqsız strukturu səbəbindən “Azərenerji” ASC-nin ciddi təzyiqlə üzləşdiyi deyilir. Bunları nəzərə alan agentlik dövlət şirkətinin şəxsi kreditləşmə qabiliyyətini “ccc+” səviyyəsində təsdiqləyib.

“Uzunmüddətli perspektivdə dövlətin “Azərenerji” ASC-yə verdiyi dəstəkdə qeyri-müəyyənlik var.

Dövlət xarici öhdəliklərin yerinə yetirilməsində şirkətə zəruri dəstək versə də, onun maliyyə nəticələrinin yaxşılaşması üçün konkret bir strategiyası yoxdur.

Buna görə də “Azərenerji” ASC-nin reytinqi Azərbaycanın suveren reytinqindən daha aşağıdır. Bizim baza ssenarimizə əsasən, şirkət bu il əlavə borca getməyəcək, habelə aktivlərin və kapitalın strukturu dəyişməz qalacaq”.

Daha çox göstər
Back to top button