Zaman dəhşətli zoraklıqların yaralarına şəfa olmadı: Konqresmen Adam Şif Sumqayıt qırğınlarının 29-cu ildönümü ilə bağlı danışdı

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Şif martın 1-də Sumqayıtda erməni qırğınlarının 29-cu ildönümü ilə bağlı çıxış edib.
“Asbarez”-in verdiyi məlumatına görə, demokrat konqresmen xatırlatdı ki, Azərbaycanın əhalisinin əksəriyyəti erməni olan Sumqayıt şəhərində 1988-ci il fevralın 27-29-dək qırğınlar törədildilər. Azərbaycanlı OMON-lulər erməniləri topladılar və barbarlar kimi xüsusi şəkildə işgəncə verərək öldürdülər.
Sumqayıtda yüzlərlə erməni vəhşicəsinə qətl edilmişdi. Qadın və qızlar isə, təcavüzə məruz qalmışdı. İnsanları diri-diri yandılar. Həyatda qalanlar isə, hər şeyi buraxaraq öz evlərindən qaçdılar. Əslində, bu qırğınlar Azərbaycan hakimiyyəti tərəfindən illər boyunca həyata keçirilən antierməni təbliğatının bir kulminasiyası idilər. Olaylardan sonra isə, hakimiyyət məsuliyyət daşıyanları cəzalandırmaq üçün heç bir şey etmədi.
Bunun əvəzinə onlar baş verənləri gizlətmək və hökumətin rolunu ört-basdır etmək üçün əlindən gələni etdilər. Bu kontekstdə təəccüblü deyil ki, Sumqayıtda baş verən zoraklıqlar başa çatmadı və Bakıda davam edildi”,-deyə Şif xatırlatdı ki, bu qırğınlardan əvvəl Azərbaycanda təxminən 450 min erməni vardı.
Demokrat qeyd etdi ki, onilliklər keçməsinə baxmayaraq, zaman Sumqayıtda, Bakıda və Kirovabadda törədilmiş dəhşətli zoraklıqların yaralarına şəfa olmadı.
Konqresmen 21-ci əsrə gəlincə isə, vurğulayıb ki, bu gün Azərbaycan təhlükəli davranışını davam edir, lakin bu dəfə Dağlıq Qarabağ ilə təmas xəttində. Beləliklə də bütün regionun sabitliyi və təhlükəsizliyi üçün birbaşa təhlükə yaradır.
Bəyanatın sonunda konqresmen Nümayəndələr Palkatasına xatırlatdı ki, apreldə Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin törətdiyi Erməni Soyqırımının 102-ci ildönümü olacaq.
“Biz bəşəriyyətə qarşı 29 il olsa da, 100 il əvvəl olsa da törədilmiş bu cür cinayətlərin tanınmamış qalmasına icazə verə bilmirik. Gəlin, Sumqayıt qırğınlarının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edək. Nifrət əsasında törədilmiş cinayətlərinin pisləməsi vəzifəmizdir”,-deyə Şif yekunlaşdı.