Təhlil

Ələsgər Məmmədli: “İrəli əvəzinə geri gedirik”

Milli Məclisə  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilib, amma bu təkliflərin kim tərəfindən verilməsi məlum deyil.

Təkilflərdə “.az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirildiyi deyilir.

Digər tərəfdən, domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir.

Daha bir təklif kimi domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Bundan əlavə, İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir.

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir.

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir.

Daha sonra domendə terroru, zorakılığı, qumar oyunlarını, milli, irqi, dini ayrı-seçkiliyi təbliğlə bağlı məsuliyyətdən danışılır.

Layihədə bildirilir ki, İnternet informasiya ehtiyatının və onun domen adının sahibi, host-provayder, həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin etməlidir.

Müvafiq icra hakimiyyəti  İnternet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etməlidir.

Media eksperti Ələsgər Məmmədli nəzərdə tutulan təklifləri son vaxtlar qeyri-peşəkarların qanunvericilik üzərinə getməsi kimi dəyərləndirir. Onun fikrincə, domen adını üç tərəf dövlət, provayder, istifadəçi müeyyən edir. Amma son vaxtlar dövlət birtərəfli qaydada müdaxilə etməklə məhdudlaşdırıcı addmlar atır. Ə.Məmmədli deyir ki, son vaxtlar İnternetlə bağlı qanunvericiliyə o qədər məhdudlaşdırıcı maddələr əlavə ediblər ki, Konstitusiyaya ziddiyyət təşkil edir.

Ə.Məmmədli deyir ki, bunları aradan ancaq  normal işləyən Konstitusiya Məhkəməsi aradan qaldıra bilər. Amma KM də elə fəaliyyət göstərmir.

Daha çox göstər
Back to top button