Əliyevin Fransaya getdiyi gün erməni icması etiraz aksiyası keçirəcək
Azərbaycan prezidenti İlham Əliyev Fransaya gedəcək və həmin gündə martın 14-də erməni icması etiraz aksiyası keçirəcək.
Bu haqda Fransanın erməni təşkilatları Əlaqələndirmə Şurasının həmsədri, EDP bürosunun üzvü Murad Papazyan məlumat verib.
“Əliyev Fransa Prezidenti ilə görüşəcək. Biz isə, Əliyev rejimini, Fransaya etdiyi səfərini, Azərbaycanı silahlandırma prosesini pisləmək və Artsaxa dəstəyimizi göstərmək üçün etiraz aksiyası keçirəcəyik”,-deyə Murad Papazyan bildirib.
Onun deməsinə görə, yerli KİV-lərin diqqətini çəkmək məqəsdiylə müvafiq propaganda aparılır.
“Elə etməliyik ki, media təşəbbüsümüzə toxunsun. Etiraz aksiyası turistlərlə dolu bir yerdə keçiriləcək.”
Xatırlataq ki, Azərbaycan prezidenti İlham Əliyev martın 14-də iki günlük səfəri ilə Fransaya gedəcək.