Beynəlxalq

AI Şurası Cənubi Qafqazda xüsusi nümayəndəsinin mandatının vaxtını uzadıb

Aİ  Şurası Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə  xüsusi nümayənədsi  Herbert Zalberin mandatının vaxtını  30 iyun 2018-ci ilə qədər uzadıb.

Aİ Şurasının mətbuat xidmətindən verilən məlumata görə, Aİ Şurası  1 mart 2017-ci ildən 30 iyun 2018-ci ilə qədər Aİ xüsusi nümayəndəsinin  mandatı ilə bağlı  xərclər üçün   2.99 milyon avro ayırıb.

“Mandatın məqsədi  Aİ  və regiondakı əsas siyasi qüvvələr, hökumətlər, parlamentlər, məhkəmə sistemləri və vətəndaş cəmmiyətləri  arasında  diyaloqların inkişaf etdirilməsidir”-deyə Aİ Şurasının qərarında qeyd edilir.

Eynı qərarla Aİ Şurası Sahel, Mərkəzi Asiya ölkələrindəki xüsusi nümayəndələrinin mandat müddətini uzatdı.

Daha çox göstər
Back to top button