Siyasət
Azərbaycan ordusu daha bir hərbçisini itirib

Azərbaycan ordusunun daha bir əsgəri həlak olub. Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş 19 yaşlı Suleyman Elçin oğlu Süleymanov dünyasını dəyişib. Faktı Meydan TV-yə kəndin bələdiyyə sədri təsdiqləyib. Onun sözlərinə görə, hadisə haqqında günorta saatlarında xəbər tutsalar da, cənazə hələ kəndə gətirilməyib. İddia edilir ki, Süleymanov Ermənistan ordusunun açdığı atəş nəticəsində həyatını itirib.
S.Süleymanovun Ağcabədi-Beyləqan istiqamətində gedən döyüşlərdə öldürüldüyü bildirilir Hazırda rayonda cənazənin qarşılanması üçün hazırlıq görür.
Hadisə ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaymayıb.