Təhlil

Azərbaycan tərəfindən təqdim edilən saxta faktlara inanmamalıyıq: “Al-Watan”

Məlumatlandırmanın səviyyəsini yaxşılaşdıraraq Azərbaycan tərəfindən təqdim edilən saxta faklara inanmamalıyıq. Bu hamımızın vəzifəsidir. Bu haqda “Al- Watan” ərəb qəzetində dərc edilmiş “ “Xocalı” saxtakarlıq mənbəsi: Kosovoda həyatını itirənlərin fotoları azərbaycanlı kimi göstərirlir” adlı məqaləsində deyilir.

Məqalədə deyilir ki, “Xocalı” hadisələri üzrə aparılan kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətinin Sumqayıtda, Bakıda, Kirovabadda və Azərbaycanın digər şəhərlərində törədilmiş erməni qırğınlarından yayındırmasıdır.

Kampaniyanın məqsədi bu olaylarla bağlı faktların saxtalaşdırılması, Azərbaycanda daxili intriglər və hakimiyyət üçün mübarizədə həyatını itirən mülki sakinlərin xatirəsindən istifadə edərək Ermənistanın beynəlxalq nüfuzuna zərər verməkdir.

Bu faciyələrin gərçək təşkilatçısı Azərbaycan Milli Cəbhəsidir. Təsadüf deyil ki, bu olaylardan sonra onlar hakimiyyətə keçdilər. Bütün bu olayların məqsədi isə, Mütəllibovun aradan qaldırılması idi. Beləliklə də, Azərbaycan nəzarəti altında olan Ağdam rayonunda dinc sakinlərin ölüm məsuliyyəti Azərbaycanın siyasi və hərbi rəhbərliyi üzrinə düşür.

Azərbaycan təbliğatı hələ ki, bəzi sadə suallara cavab vermir. Necə olar ki, qurbanların meyitləri Ağdama yaxın idilər? Ağdam isə, o vaxt Azərbaycan nəzarətində idi. Erməni tərəfindən radio və hoparlörlerden edilmiş xəbərdarlığa baxmayaraq, mülki insanları niyə evakuasiya etmədilər?

Sonrakı illərdə, bir neçə azərbaycanlı ictimai xadimlər və jurnalistlər olaylarla bağlı həqiqqəti tapmaq istədilər, lakin ya həbs edildilər, ya da öldürüldülər. Bu səbəbdən də Azərbaycan hakimiyyətlərindən heç kəs həqiqəti istəməyə cəsarət etmir.

Azərbaycan cəmiyyətində ermənilərə qarşı nifrət və dözümsüzlüyün yayılması davam edilir. Bu siyasət də erməni və azərbaycanlı xalqlar arasında körpülər tikilməsinə yönəlmiş səylərinə maneə törədir.

Daha çox göstər
Back to top button