Siyasət

Dövlət Dumasının nümayəndə heyəti Yerevana gələcək

Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti bir günlük rəsmi səfəri ilə Yerevana gələcək. Dövlət Dumasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində Ermənistan Prezidenti Serj Sarkisyan və ER Parlamentinin sədri Qalust Sahakyan ilə görüşlər keçiriləcək. Görüşlərdə iki tərəfli parlamentlərarası əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafları, ikitərəfli əlaqələrlə bağlı digər məsələlər müzakirə olunacaq.

Erməni və rus deputatları parlament platformlarında aparılan birgə işlərə, o cümlədən KTMT, Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası, ATƏT-in Parlamentlərarası Assambleyasına dair məsələlərə də diqqət ayrılacaqlar.

Daha çox göstər
Back to top button