Dövlət Dumasının sədri ER prezidenti ilə görüşü zamanı qeyd etdi ki, iki ölkənin millət vəkilləri əməkdaşlığı dərinləşdirməyi planlaşdırır
Ermənistan və Rusiya millət vəkilləri ikitərəfli münasibətlərin və əməkdaşlığın çərçivəsini genişləndirməyi nəzərdə tuturlar.
Bu məqəsdlə, Rusiya Dövlət Duması sədrinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri erməni tərəfdaşları ilə görüşəcəklər. Onlar qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.
Bu haqda, ER Prezidenti Serj Sarkisyan ilə görüşü zamanı rəsmi səfəri ilə Ermənistanda olan Rusiya Federasiyasi Federal Məclisinin Dövlət Dümasının sədri Vyaçoslav Volodin bildirdi.
Aprelin 3-də Rusiya-Ermənistan münasibətlərinin qurulmasının 25-ci ildönümünü vurğulayaraq, Prezident Serj Sarkisyan qeyd etdi ki, hər bayram ikitərəfli əlaqələri qimətləndirmək üçün çox yaxşı fürsətdir.
Dövlət Dumasının sədri qeyd etdi ki, nümayəndə heyətinə, böyük erməni icmasına malik olan Krasnodar və Kırımın qanunverici orqanları da tədbiq edilib. O, vurğuladı ki, regional səviyyədə ikitərəfli münasibətlərin inkişafına yönəlmiş səylər çox əhəmiyyətlidir.