İctimaiyyət

Mehman Hüseynov məhkəmə zalında həbs olundu – 2 il

Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 3 il həbs istənilib. Bu haqda məhkəmədə bloqqeri məhkəməyə vermiş Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Əbilov çıxışında bildirib.

Mehman Hüseynov son sözündə deyib ki, bu, jurnalist fəaliyyətinə görə yuxarıdan gələn sifarişdir.

Məhkəmə M.Hüseynova 2 il həbs cəzası verib. O məhkəmə zalında həbs edilib.

Daha çox göstər
Back to top button