Beynəlxalq

RF ombudsmanı Lapşin işi ilə bağlı Azərbaycan həmkarına müraciət edəcək

Rusiyanın ombudsmanı Tatyana Moskalkova  Azərbaycanda həbs olunmuş bloqer Aleksandr Lapşinin saxlanma şəraitini yoxlamaq üçün Azərbaycan həmkarına Elmira Süleymanovaya xahişlə müraciət edəcək.

Bu haqda “Riya Novosti” məlumatlaşdırdı.

“Jurnalistlər  xüsusi bir  icmadır. Onlar risk sahələrində işləyirlər və onlara xüsusi diqqət və hörmətlə yanaşılmalıdır.  Belarus tərəfindən Azərbaycana ekstradisiya edilmiş bloqer ilə bağlı bəyanatla çıxış etdim. Təəssüf ki, Azərbaycandakı  həmkarlarımız  bizi dinləmədilər.
Vətəndaşımızı ziyarət etmək üçün   Azərbaycanın ombudsmanına müraciət edəcəyəm. O, əmin olsun ki, Lapşinin  müalicəyə ehtiyacı yoxdur və saxlanma şəraitindən şikayət etmir”- deyə  Moskalkova  bildirib.

Daha çox göstər
Back to top button