BaşlıcaTəhlil

Xalq İlham Əliyevi dəstəklənmir: Şahin Mirzəyev

“İlham Əliyev öz həyat yoldaşını vitse-prezident, övladını isə, nazir müavini təyin etdi. Bütün bu olanlar ictimaiyyət arasında qızğın müzakirə mövzusu oldular. Bu səbəbdən də xalqın diqqətini yayındırmaq məqəsdiylə təmas xəttində provokasyonlara başladılar.”

Bunu “Ksenofobiya və insan hüquqları baxımından bunun nəticələri” adlı müzakirələrində Ermənistan Respublikasında sığınacaq almış Talış Milli Hərəkatın fəalı, “Talışi Sədo” müxalifət qəzetinin müxbiri, Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü Şahin Mirzəyev jurnalistin “Sizcə Azərbaycan son günlərdə təmas xəttindəki vəziyyəti niyə gərginləşdirir?” sualına cavab verirkən bildirib.

O həmçinin qeyd etdi ki, ölkənin sosial problemləri vardır və bunlar getdikcə pikə çatırlar. Xalqı müharibə ilə qorxutmaq üçün bu cür hərbi əməliyyatlara başlayırlar. Mirzəyev Azərbaycanın daha geniş miqyaslı əməliyyatlara başlayacağını düşünmür. Onun sözlərinə görə, ölkə nə qədər də hərbi texnika ilə zəngin olsa, liderin əsas silahl xalqıdır, lakin xalq İlham Əliyevə heç bir dəstək vermir.

O qeyd etdi ki, Ermənistanda özünü yaxşı hissedir, heç bir problem yoxdur, lakin Azərbaycandan hər gün təhdid edirlər. “Hətta parlamentdən təhdidlər gəlir. Elə deputatlar da vardı ki,  ölüm cəzası qəbul etməyi təklif edərək mənim edam olunacağımı istəmişdilər. Və onlar da Qarabağ məsələsini sülh yolu ilə həll etmək istəyirlər.”

Ş.Mirzəyev deyib ki, bu gün Azərbaycanda olan qohumları pis vəziyyətdədirlər.

O düşünür ki, Ermənistan və Azərbaycan xalqları yaxın ola bilərlər və buna hazırdırlar, lakin bu sadəcə İlham Əliyevin rejimindən sonra mümkün ola bilər.

Daha çox göstər
Back to top button