Reks Tilerson: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə köməyini davam edəcək”

Martın 3-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və ABŞ dövlət katibi Rex Tilerson arasında telefon danışığı olub.
Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan xarici işlər naziri ABŞ həmkarını təbrik etdi. Edvard Nalbayndyan vurğuladı ki, Ermənisan-ABŞ dövlətlərarası 25 illik münasibətləri və yüksək səviyyəli əməkdaşlığı birgə səylərlə daha da genişləndiriləcək.
Edvard Nalbandyan və Reks Tilerson Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması barədə fikir mübadiləsi aparıblar.
Ermənistan XİN rəhbəri E. Nalbandyan təmas xətindəki son hadisələri təqdim etdi.
Bu baxımdan Vyana və Sankt-Peterburqa əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib