Siyasət
ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana gedəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana səfər edəcəklər.
Bunu APA-nın Moskva müxbirinə Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib. O, digər həmsədrlərlə bərabər bu həftə ərzində Azərbaycanda səfərdə olacaqlarını açıqlayıb.
Səfər çərçivəsində həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.
İ. Popov Ermənistana səfərlərinin başqa vaxta planlaşdırıldığını deyib.
Xatırlataq ki, bu gün Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib. Görüşdə regional və beynəlxalq məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi də müzakirə olunub.