İlham Əliyevin İrana səfəri: Azərbaycan rəsmi KİV səfərin hansı parçaları haqqında susmağı üstün tutur?

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də İran İslam Respublikasına rəsmi səfər edib. Səfər ərzində İlham Əlyev İran prezidenti Həsən Rohani və dini lider Ali Xameneri ilə görüşüb.
İran və Azərbaycan prezidentləri iki tərəfli əməkdaşlığı, eyni zamanda Xəzər dənizinin hüquqi statusu ilə əlaqədər məsələri müzakirə ediblər, DQ münaqişəsinə də toxunublar.
İran prezidenti bununla bağlı bəyan edib: “İran İslam Respublikasının mövqeyi budur ki, bütün ölkələrin ərazi bütövlüyünə hörmət edilməlidir. Umud edirik ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlarla, sülh yoluyla həll ediləcək və regionda sabitlik təmin olunacaq”.
Səfərdə eksperimental olaraq İran Astarasını Azərbaycan Astarasına bağlayan dəmir yolu işlədilib. Söz 80 metrlik dəmiryolu körpüsündən gedir.
Azərbaycan prezidentinin İrana səfərində,İlham Əliyevin və İran dini lideri Ali Xamenedinin görüşü diqqətəlayiqdir. Bu görüşü Azərbaycan KİV tam olaraq işıqlandırmayıblar.
Xüsusilə son zamanlarda Azərbaycanda şiə ruhanilərə qarşı təzyiqlərlə bağlı əlbəttə Ali Xomene Azərbaycandakı şiələrin problemlərinə toxunmaya bilməz.
İran dini liderinin Əliyev ilə görüşündə əvvəlcə Azərbaycan əhalisinin dini yönəlişi barədə məmnun olduğunu birdirərək əlavə edib ki, insanların dini hisslərinə uyğun fəaliyyət göstərmək Azərbaycan hakimiyyətlərinin mənafelərindən doğur. Bununla belə onlar o cür fəaliyyət göstərməlidirlər ki, şiələr bundan narazılıq etməsinlər.
İran dini lideri Azərbaycanın strategiya müttəfiqi İsrayili İran-Azərbaycanın qardaşlıq münasibətlərində gərginlik yaratmaqda günahlandırıb və bu düşmən ölkənin addımlarına qarşı ikitərəfli münasibətlərdə xoşməramlı davranış göstərməyi təklif edib.