BaşlıcaSiyasət

Lavrov: “Qarabağ danışıqlarının səviyyəsindən razıyıq”

Rusiya müxtəlif formatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tərəfləri üçün müvafiq həll yolları tapılmasına yardım edəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra Moskvada keçirdiyi mətbuat konfransında deyib.

“Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq. Rusiya həm Bakı və Yerevanla ikitərəfli əlaqələr çərçivəsində, həm də Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli görüşləri formatında tərəflər üçün məqbul həll yolları tapmaq məsələsində kömək göstərməyə davam edəcək” – S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin – ABŞ və Fransanın da iştirakı ilə ərsəyə gələn prinsipial yanaşmalar üzrə mümkün bütün addımları atır.

Rusiya XİN başçısı danışıqların səviyyəsindən məmnuniyyətini də dilə gətirib: “Prezidentlərimizin tapşırıqlarının yerinə yetirilməsi üzərində işləri davam etdirəcəyik.”

Daha çox göstər
Back to top button