Beynəlxalq
ER baş naziri Karen Karapetyan Dmitri Medvedev ilə görüşüb
Qırğızıstan Respublikasına işgüzar səfəri çərçivəsində ER baş naziri Bişkekdə RF baş naziri ilə görüşüb.
Bu haqda Ermənistan Respublikası Hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər, yanvar ayında ER baş nazirinin Rusiyaya rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə toxunublar.
Baş nazirlər xüsusən Ermənistan-Rusiya İnvestisiya fondunun yaradılması, Meğridə azad iqtisadi zonaya Rusiya şirkətlərinin cəlb olunması , kənd təsərrüfatı texnikalarının təchizatı ilə bağlı məsələlərə toxunublar.
Tərəflər Ermənistan- Rusiya iqtisadi gündəmlə bağlı bir sıra məsələləri də müzakirə ediblər.
Ermənistan və Rusiya baş nazirləri Ermənistan-Rusiya tərəfdəşlığı inkişaf etdirilməsini bir daha təsdiq ediblər.