Beynəlxalq
ER Müdafiə nazir müavini rusiyalı həmkarı ilə ikitərəfli hərbi-texniki əməkdaşlığın cari məsələlərini müzakirə edib
Martın 6-da ER Müdafiə nazirliyində Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədrləri ER Müdafiə nazirinin müavini, Müdafiə nazirliyinin dövlət hərbi sənaye komitəsi üzrə sədri Davit Paxçanyan və RF hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin direktor müavini Vladimir Drojov görüşüblər.
Bu haqda ER Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.
Tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın mövcud problemləri və prespektivləri, hərbi-texniki əməkdaşlıq sahəsində əldə edilmiş razılaşmaları müzakirə ediblər.