Qırğızıstan prezidenti ER baş nazirini qəbul etdi

Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə Avrasiya Hökümətlərarası Şurasının iclasından əvvəl ER baş naziri Karen Karapetyanı və Aİİ üzv ölkələrinin hökumət başçılarını Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev qəbul etdi.
Bu haqda ER Hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Qırğızıstan Prezidenti , Bişkekdə olan Avrasiya Hökumətlərarası Şurası iclasının nümayənədələrini salamlayaraq, qeyd etdi ki, bu Avrasiya İqtisadi Birliyinin üzv ölkələri arasında dialoqların inkişafı, inteqrasiya dərinləşməsi, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün yaxşı platformadır.
Almazbek Atambayev əminlikdə bildirdi ki, 2017-ci ildə Aİİ orqanlarının başçılığı çərçivəsində Qırğızıstan, bu istiqamətlərdə irəliləyiş üçün maksimum səy göstərəcək.
Baş nazir Karen Karapetyan ER hökumətinin nümayəndə heyəti adından Qırğızıstan prezidentinə səmimi qəbulu və Avrasiya Hökumətlərarası Şurası iclasının yüksək səviyyədə təşkili üçün təşəkkür etdi.
ER hökumət başçısının sözlərinə görə, bu iclasla Avrasiya İqtisadi İttifaqında Qırğızıstanın başçılığı çərçivəsində nəzərdə tutulmuş tədbirlərə başlayır. Bu tədbirlər Avrasiya inteqrasiya porseslərinin daha da dərinləşdirilməsini dəstəkləyəcək.
Görüş zamanı Aİİ gündəmində olan bir sıra məsələlər müzakirə edilib.