Beynəlxalq

Rusiya hərbi bazasının kəşfiyyatçıları Ermənistanın dağlarında məşqlərə başlayıb

Ermənistandakı Rusiya hərbi bazasının   “Kamxut” poliqonunda   xüsusi kəşfiyyatçı  bölmələrinin  taktiki məşqlərinə başlanılıb. Taktiki məşğələlərdə  300 hərbiçi və 50-dən artıq hərbi texnika iştirak edib.

Bu haqda RF Cənub okruqunun mətbuat xidmətinin bildirdiyinə görə, taktiki məşqlər zamanı hərbiçilər   rabitə, yanğın, hərbi, kəşfiyyat  normativlərini öyrəniblər.

 Yoxlanış zamanı əsgərlər kəşfiyyat-diversiya qrupunun axtarışı, onlara hücum etməsi və pusquda durması ilə bağlı promblemləri  həll edəcəklər.

Kəşfiyyat bölmələrinin  hava əməliyyatları üçün müasir pilotsuz  uçuş aparatından istifadə ediləcək. Kəşfiyyatçılar eləcə də təpədə və təbədən əl qumbarasından istifadə edilməsini öyrənəcəklər.

Daha çox göstər
Back to top button