İctimaiyyət

Azərbaycanda ləzgi fermerləri təqib edirlər və vəziyyət gözlənilməz nəticələrə çata bilər

Azərbaycanın Qəbələ rayonununda ləzgi kəndliləri Ucar rayonun sakinləri kimi təqib etməyə başladılar.

Dəbəndin verdiyi məlumata görə,  martın 6-da Qəbələdə İcra Hakimiyyətinin binası önündə etiraz aksiyası keçirilib. Maldarlıqla məşğul olan bir qrup fermer, onların örüş torpaqlarının əlindən alınmasına etiraz olaraq aksiya keçiriblər.

“Torpaqlarımız əlimizdən alınır. “Küdrü” adlanan ərazidə bizim daim istifadə etdiyimiz örüş torpaqlarımız var. Əlimizdə müqavilələrin olmasına baxmayaraq, məmurlar torpaqlar əlimizdən alır. Deyirlər burada pambıq əkiləcək. Ora düzənlikdir və orada heç vaxt pambıq əkilməyib. Bu, bizim təsərrüfatlarımızın məhv olması, minlərlə insanın işsiz, çörəksiz qalması deməkdir”, – mənbə bildirir.

Yerli hakimiyyət rəhbərliyi etirazçılarla danışıqlar aparmadılar və etirazçılar Bakıdan ədaleti tələb etməyə getdilər. Lakin Ucar rayondan fərqli olaraq, Qəbələ rayonunda ləzgilərin sayısı daha çoxdur. Rəsmi məlumatlara görə, təxminən 17%, lakin real sayısı çox daha böyükdür. Beləliklə də, bu cür vəziyyətlər daha böyük nəticələrə çata bilərlər. Məsələn, Ucar rayonunda məsələni həll edə bilmədilər və ləzgilər öz otlaqlarını itirdilər. Beləliklə ləzi xalqının həyat tərzi dəyişilir və kəndlilər qeyd edirlər ki, öz hüquqları üçün mübarizə edəcəklər.

Daha çox göstər
Back to top button