Beynəlxalq

BMT-də dindirmələrdə Azərbaycanda insan hüquqlarının pozulması tənqid olunub

Martın 7-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycandakı vəziyyət müzakirə olunub.

Tədbirdə BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst, BMT-nin dinc toplaşmaq azadlığı hüququ məsələsi üzrə xüsusi məruzəçisi Mayna May, Azərbaycandan gənc fəal Nəcmin Kamil, hüquq müdafiəçisi Emin Hüseynov, jurnalist Xədicə İsmayılova (skayp vasitəsilə), həmçinin Azərbaycanın BMT missiyasındakı nümayəndəsi Vaqif Sadıqov çıxış ediblər.

Forst deyib ki, bu ilin sentyabrında Azərbaycanda olub və fundamental azadlıqların vəziyyətinin pisləşdiyinin, ölkənin avtoritarizmə doğru sürükləndiyinin şahidi olub. O, özü fikirləri ilə əlaqədar hökumətin hücumlarına məruz qaldığını qeyd edib.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri insan hüquqları sahəsində vəziyyətin pisləşməsi, vətəndaşların siyasi motivlərlə təqib edilməsi, siyasi məhbusların sayının artması, 150-ni keçməsi haqqında danışıblar, bu barədə Turan-a Nəcmin Kamil bildirib.

Azərbaycanda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru, bloger Mehman Hüseynovun həbsi hadisəsinə də diqqət yetirilib. Vaqif Sadıqov tənqidi təkzib etməyə çalışıb, işgəncələr haqqında verilən məlumatı “nağıl” adlandırıb.

Öz növbəsində, vətəndaş cəmiyyətinin nümayəndələri BMT qurumlarını Azərbaycanda insan hüquqları ilə bağlı problemlərə diqqəti artırmağa çağırıblar.

Daha çox göstər
Back to top button