Ekonomika

Ermənistanın investisiya cəlbediciliyi Əbu-Dabi şəhərində keçiriləcək biznes forumunda təqdim ediləcək

Son illərdə Ermənistan- Birləşmiş Ərəb Əmirlikləri iqtisadi münasibətlərinin genişləndirilməsi qeyd olunur.  Martın 22-də Əbu-Dabidə keçiriləcək biznes forumu  da bu   əlaqələrin gücləndirilməsinə yönəlmiş   çox mühüm addımdır.

Biznes forumunun məqəsədi  Ermənistanın investisiya cəlbediciliyinin təqdim edilməsi və  ölkəyə BƏƏ iş adamlarının kapitallarının  cəlb olunmasıdır.
Ermənistan İnkişaf Fondunun icraçı direktoru Karen Mkrtçyan bildirdi ki, Əbu-Dabidə keçiriləcək biznes forumu Nyu-Yorkda keçirilən biznes konfrası ilə müqayisə edilə bilər.

Mkrtçyanın sözlərinə görə, konfrası təşkil  etmək üçün onlar BƏƏ Ticarət Palatası ilə əməksaşlıq edirlər. Potensial investorlar üçün 5 sahə ayrılıb.
Bunlar  kənd təsərrüfatı, heyvandarlıq, enerji, turizm sahələri, eləcə də erməni tərəfinin təkilfi ilə informasiya texnologiyaları sahəsidir. Bu sahələrdə Ermınistanın irəliləyişləri ətraflı şəkildə təqdim olunacaq.

“Biz enerji sahəsində əməkdaşlıq üçün böyük potensialları görürük. Zəngin neft ehitlarına malik ölkə olaraq, onlar günəş və alternativ enerji sahələrinə böyük maraq göstəriblər.

Bu sahələrdə isə Ermənistanın böyük pontesnialı var. Turizm sektoru da çox əhəmiyyətlidir. BƏƏ sakinləri tətil üçün Livana gedirlər. Lakin orada qeyri-sabitlik olduğu üçün, indi isə Bosniya,Xorvatiya və Gürcüstana getməyə üstünlük verirlər. Bu baxımdan da  Ermənistan çox maraqlı ölkədir”- deyə Karen Mkrtçyan qeyd etdi.

 

Daha çox göstər
Back to top button