S.Sarkisyan:”Əliyevin dedikləri, qarşılıqlı güzəşt deyil, şantajdır”

Ermənistan Prezidenti Parisi,Moskvanı və Vaşinqtonu səsləyir ki, Azərbaycana xatırlatsınlar ki, Qarabağ münaqişəsində tərəflərdən biri müharibəyə başlayarsa, nə qiymətlər ödəyəcəyi gözlənilir.
“Yeni müharibə təhlükəsi var. Nə qədər ki, Azərbaycan əmin olmayıb ki, məsələnin hərbi yolu ola bilməz”- deyərək Serj Sarkisyan təkid etdi ki, Azərbaycanın prezidenti İlham Əliyev sülh danışıqlarının nizamlanması səylərini məğlubiyyətə uğradır”.
”O, deyir ki, Ermənistan əgər öz öhdəliklərini yerinə yetirməzsə müharibəyə başlanacaq.
Mən də deyirəm ki, bu qarşılıqlı güzəşt deyil şantajdır”- deyərək Parisə səfərindən öncə France-Presse mətbuat agentliyinə Ermənistan Prezidenti bildirib.
”Ermənistanda ictimaiyyətin anlayışına görə, hərbi əməliyyatların yenidən başlanması vaxtın, bəlkə də həftələrin, yaxud ayların məsələsidir.
Odur ki, Silahlı qüvvələrin lideri və Müdafiə naziri gərək müharibəyə hazır olsunlar, hansı ki, sabah da başlana bilər”-deyərək Sarkisyan eyni zamanda vurğulayıb ki, müharibənin yenidən başlanmasının yaxın gələcək məsələsi olduğunu düşünmür, bununla belə heç nəyi də istisna etmir.