Ekonomika

Bankların bağlanması nəticəsində 4200 nəfər iş yerini itirib

Elçin Qədimov: “Azərbaycanın bank sektoru çətin dövrünü yaşayır”.

“Şəffaflığa doğru birlikdə” mövzusunda vergi konfransı keçirilib, bu barədə Report xəbər verir.

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimovun sözlərinə görə, 11 bankın bağlanması nəticəsində 4 200 nəfər bank əməkdaşı iş yerini itirib: “Bazar faizi anlayışının tətbiq edilməsi kredit faizlərinə təsir edir. Biz təklif edirik ki, ya bu tətbiq edilməsin, ya da həmin bank üzrə son 30 gündə verilən kreditlərə görə bazar faizi anlayışı tətbiq edilsin”.

“Rabitəbank” sədri təklif edib ki, kommersiya banklarının SWIFT, “Visa” və “Mastercard” təşkilatlarından aldığı xidmətlər ƏDV-dən azad edilsin.

Daha çox göstər
Back to top button