
ER Xarici işlər naziri E. Nalbandyan jurnalistlər ilə müsahibəsində bəyan edib ki, ATƏT Minsk qrupunun həmsədrləri Ermənistana, sonra da Qarabağa səfər edəcək.
ATƏT Minsk qrupunun həmsədrləri martın 27-də Yerevana səfər edəcək.Yunanıstan Xarici işlər naziri Nikos Kotsias ilə görüşündən sonra bu haqda nazir Nalbandyan bildirib.
“Martın 27-də ATƏT Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcək, Qarabağda da olacaq. Onlar prosesi irəli aparmağa cəhd edəcək”,- deyə ER Xarici işlər naziri qeyd edib.
Daha əvvəl Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, həmsədrlər martın 11-də Bakıda olacaq.