Fransa şirkətləri Ermənistandan AİB və İran bazarlarına girmə imkanı ilə maraqlanırlar

Ermənistanın inkişaf fondunun nümayəndə heyəti Fransada keçirilmiş bir həftəlik investisiya kampaniyasından əməkdaşlığın yeni təklifləri ilə dönüb. 23 şirkət, diaspora və ölkəmizdə Fransa sərmayəsi ilə fəaliyyət göstərən şirkətləri ilə görüşlər keçirilib. Fransız biznesmenlərə Ermənistandan AİB və İran bazarlarına girmə imkanı da təqdim edilib. Bu isə, ölkəmizlə əməkdaşlıq etmək üçün əsas motivasiyalardan biridir.
“Parisdə, Marseldə və Lionda biznesmenlər ilə görüşlərimiz və layihələr üzrə apardığımız müzakirələr fransız biznesmenlərin Ermənistanla maraqlı olduklarını göstərir. Xüsusilə də, potensial investorlar AİB və İranın böyük bazarlarına Ermənistandan girmələrini nəzərdə tuturlar”,-deyə Ermənistan inkişaf fondunun direktoru Karen Mkrtçyan bildirib.
Görüşlər zamanı potensial əməkdaşlarımız Ermənistanın İT, energetika, geyim istehsalı, kənd təsərrüfatı sahələrində investisiya imkanları ilə maraqlandılar. Onlar çay, qida, içkilər və kosmetika istehsalı üçün otlardan istifadə etməni təklif etdilər. Bu haqda “Aremnpress”-ə Ermənistanın inkişaf fondunun mətbuat xidmətindən məlumat veriblər.
“Business France”-ın dəstəyi ilə Parisdə keçirilmiş toplantıda fransız biznesmenləri də investisiya proqramları təqdim etdilər. Konfransda İran sərhədinin yaxınlığında 115 milyon dollarlıq neftayırma zavodunun tikilmə layihəsi də müzakirə edilib.