Siyasət

Mehman Hüseynovun azadlığı istənilir

«Mən Azərbaycan hakimiyyətini bloqqer Mehman Hüseynovu azadlığa buraxmağa çağırıram. Ümid edirəm ki, Apellyasiya Məhkəməsində bu qərara yenidən baxılacaq».

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic-in bloqqer Mehman Hüseynovun həbsi ilə bağlı bəyanatında belə yazılır.

Bəyanat ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbəri Michael Georg Link-lə birgə verilib.

Bəyanatda bloqqer M.Hüseynov barəsində hökm pislənilir və rəsmi Bakı onu dərhal azadlığa buraxmağa çağırılır.

D.Mijatovic diffamasiyanın dekriminallaşdırılması və uzunmüddətli beynəlxalq öhdəliklərini yerinə yetirməsi ilə bağlı Azərbaycan hakimiyyətinə əvvəlki çağırışlarını xatırladıb.

Öz növbəsində, DTİHB-nin rəhbəri M.G.Link qeyd edib ki, qeyri-insani rəftar və işgəncələrə dair istənilən şikayət dərhal araşdırılmalıdır. Bu mənada M.Hüseynovun işi üzrə məhkəmə qərarı narahatlıq doğurur.

«Mehman Hüseynov Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin diffamasiya üzrə iddiası ilə 2 il azadlıqdan məhrum edilib. İddiaya bloqqerin Nəsimi polisində ona işgəncə verilməsi barədə bəyanatı səbəb olub. Bloqqerin bədənində zorakılıq izləri olsa da, prokurorluq işgəncə faktı üzrə cinayət işi qaldırmaqdan imtina edib», – deyə bəyanatın sonunda bildirilir.

Daha çox göstər
Back to top button