Niderlandda ermənilərə qarşı kütləvi zorakılıqlara çağıran Türkiyə-Azərbaycan mədəni birliyinin sədri İlham Aşkinin məhkəmə qərarı martın 17-də dərc ediləcək.

Erməni İnqilabçı Partiyasının Niderlandakı Hay Dat komitəsinin sədri Masis Abrahamyan deyib ki, çox güman ki, məhkəmə cəza qərarı verəcək.
“Məhkəmə prosesi göstərib ki, başqa çıxış yolu yoxdur və çox güman ki, olmayacaq da. Yəni gözləyirik ki, kütləvi zorakılıqlara çağırış edən İlham Aşkin mühakimə edilcək”,- deyə Masis Abrahamyan qeyd edib.
Prokurorluq 80 saat məcburi əmək və iki həftə şərti həbs tələbini edir. Amma bu iki il şərti olacaq, yəni şəxs bu istiqamətdə yenə hər hansısa səhv edərsə, yenə cəzasını çekəcək və bu dəfə daha ağır olacaq.
“Cəza ölçüsü önəmli deyil, məhz mühakimə edilməsi əhəmiyyətlidir. Ermənilərə qarşı kütləvi zorakılıqlara çağırış edən biri cəzasız qalmasın”.
Xatırladaq ki,Almelo şəhərinidə martın 3-də Haaga Türkiyə-Azərbaycan mədəni birliyinin sədri İlham Aşkinin məhkəməsi olub. Aşkin ermənilərə qarşı zorakılıqlar və kin-kidurət yaymaqda günahlandırılır.
O, Almelo şəhərindəki Erməni Soyqırımı xatirə kompleksinə qarşı təşkil edilmiş Türkiyə mitinqi ərzində “Qarabağ ermənilərin qəbirstanlığı olacaq” ifadəsini səsləndirib.