BaşlıcaSiyasət

ER Müdafiə naziri: “Türkiyəni bu gün regional oyuncu olaraq qiymətləndirmək zordur”

Ermənistan qonşu İranla aktiv dialoqdadır. Bu haqda bü gün Valday beynəlxalq diskussiya klubunun Yerevandakı oturumunda ER Müdafiə naziri Vigen Sarkisyan deyib.

“İran, Ermənistanın müstəqilliyinin birinci günlərdən etibarən böyük hikməti və sivil davranışı göstərərək, Ermənistan və regiondakı başqa ölkələrlə balanslaşdırılmış münasibətlər qurdu. Eyni zamanda Artsax münaqişəsi ilə bağlı balanslaşdırılmış mövqeyi ilə həmişə öz vasitəçiliyini təklif edib və vasitəçilərin missiyasına mane olmaması prinsiplə yoluna davam edib.

Nazirin sözlərinə görə, İranın bu cür mövqeyi  Ermənistanın başqa bir qonşusu olan Türkiyənin mövqeyinə zidddir.

Nazir dedi ki, Ermənistanı mühasirə edərək və Ermənistanla sərhədini bağlayaraq Türkiyə özünü  Cənubi Qafqaz regonundan izolasiya edir.

“Gürcistanla yaxın, Azərbaycanla isə qardaş münasibətlərinə baxmayaraq, bu gün Türkiyəni regional oyuncu olaraq qiymətləndirmək zordur”,- deyə Vigen Sarkisyan bəyan edib.

Daha çox göstər
Back to top button