AİB və İran arasında azad ticarət zonası haqqında sənəd Ruhaninin Moskvaya ediləcək səfəri zamanı imzalana bilər

AİB və İran arasında azat ticarət zonası haqqındsa sənəd İran İsalm Respublikası Prezidenti Həsən Ruhaninin Moskvaya ediləcək səfəri zamanı imzalana bilər. Bu haqda RF Energetika naziri Aleksandr Novak İran İnformasiya və Kommunikasiya texnologiyaları naziri, Rusiya-İran hökumətlərarası komissiyanın həmsədri Mahmud Vayezi ilə keçirilmiş görüşdə bildirmişdi. Bu haqda TACC məlumat verir.
“Dünən və bu gün İran və Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonası haqqında sazişin müzakirələri üzrə nümayəndə heyəti Tehrandadır. Sənəd mətninin razılaşdırılması üçün fəal işlər aparılır və ümid edirik ki, İran Prezidenti Moskvaya getmədən sənəd imzalanması üçün hazır olacaq.”
Daha əvvəl qeyd edilirdi ki, İran ilə azad ticarət zonası haqqında saziş bir neçə mərhələ ilə həyata keçiriləcək. Bu isə, demək olar ki, əvvəldə azad rejim sadəcə müəyyən mallar üçün olacaq. Azad ticarət zonası haqqında szişin ilk mərhələsinə daxil oluacaq malların final siyahısı hələ ki, təsdiq olunmayıb. İran ilə azad ticarət zonası yaradma ilk mərhələsində yüngül sənaye və kənd təsərrüfatı sənaye məhsulları daxil olunacaqlar.