Azərbaycanlı vəzifəlilər İşved şirkəti ilə saxta sövdələşmə ilə dövlət büdcəsini talayıb
Dəmir yolu sövdələşməsindən 3 il sonra Rusiya vətəndaşı Yevgeni Pavlov Azərbaycan məmurları ilə korrupsiya əlaqəsində itiham edilərək həbs olunub.
Contact.az-ın məlümatına görə, İsveç SVT telekanalı, TT agentliyi, Kanada “Raddio Canada” və korrupsiya və mütəşəkkil cinayətkarlıq araşdırma jurnalist mərkəzi (OCCRP) Azərbaycanda Bombardier-in sövdələşmələri ilə əlaqədər birgə şəkildə itiham ediblər.
Söhbət 46 stansiya üçün dəmir yolu siqnalizasiyalarından gedir. Məhkəmə sənədlərinə görə, avadanlıqlar birbaşa Azərbaycana göndərilib, pullar isə dolayı yola London firması vasitəsilə ödənilib.
Nəticədə siqnalizasiyaların satışı barədə sövdələşmə iki kontrakla rəsmiləşdirilib. Birinci kontraktla avadanlıqlar 126 milyon krona (19 milyon dollar) nə ofisi, nə telefonu, nə də işçiləri olan “Multiserv Overseas”-ə satılıb. Sonra həmin bu London firması siqnalizasiyaları 695 milyon krona (104 milyon dollar) Azərbaycana satıb.
Belə olduğu halda, avadanlıqların yekun dəyəri İsveç Azərbaycan yolunda 5.5 dəfə artıb.
İsveç prokurorluğunun versiyasına görə, Azərbaycan məmurları dəmir yolu siqnalizasiyaları ilə bağlı sövdələşmənin baş tutması üçün “Bombardier”-dən rüşvət alıblar.