Erməni Soyqırımı

Erməni Soyqırımının ildönümü münasibəti ilə Niderlanddaki erməni cəmiyyəti tədbirlər həftəsini keçirəcək

Erməni Soyqırımının 102-ci il dönümü münasibəti ilə Niderlanddakı erməni cəmiyyəti tədbirlər həftəsini keçirəcək.

Bu haqda Erməni İnqilab partiyasının Niderlanddakı Hay Dat komitəsinin (Erməni milli komitəsi) sədri Masis Abrahamyan bəyan edib.

“Hay Dat komitəsi digər erməni təşkilatları ilə əməkdaşlıq edir. Keçən ildə olduğu kimi bir sıra tədbirlər nəzərdə tutulur.

Tədbirlər həftəsi aprelin 18-də başlanacaq.  Həmin gün Niderland parlament binasının önündə təşkil ediləcək miting ərzində yazılı tələblər təqdim ediləcək.

Yazının mətnini başqa təşkilatlarla artıq müzakirə edmişik. Erməni Soyqırımı məsələsinin həll edilməsinin yeganə yolu bunun beynalxalq tanınılması üzərinə vurğu qoymuşuq”,- deyə Masis Abrahamyan qeyd edib.

Aprelin 22-də Amsterdamda böyük aksiya keçiriləcək. Masis Abrahamyan qeyd edib ki, Erməni Soyqırımının 102-ci ildönümü münasibəti ilə başlanmış tədbirlərdə çox erməni iştirak edir.

Mitingdə məşhur adamlar , soyqırımlara qarşı mübarizə etməyə çağıranlar iştirak edəcək. Aprelin 24-də Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidəs önündə anım tədbiri təşkil ediləcək.

Niderland parlamenti 2004-cü ildə Erməni soyqırımını tanıyaraq 1915-ci ildəki olayları Soyqırım oilaraq qiymətləndirib.

Daha çox göstər
Back to top button