Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək ümidindədir

ATƏT Minsk qrupu həmsədrlik edən ölkələri, Qarabağ münaqişəsinin hərbi həllinin olmamasına əmindirlər. Odur ki, ən yüksək səviyyəylə danışıq masası ətrafına əyləşmək mühümdür.
TASS-ın verdiyi məlumata görə bu haqda mətbuat icmalı ərzində amerikalı həmsədr Riçard Hoqland bəyan edib.
“Hazırkı anda biz öz diqqətimizi və fəaliyyətimizi yüksək səviyyəli görüş təşkil etmək üzərində cəmləşdiririk”-deyərək o qeyd edib.
MQ-nun fransalı həmsədri Stefan Viskonti jurnalistlərlə söhbətində deyib ki, ABŞ, Rusiya və Fransa Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcəklər.
“Əlbətdə bu sərt məsələdir.Bildiyiniz kimi təmas xəttində gərginlik hiss edilir. Bununla belə prosess davam olunmaqdadır .O sükut nöqtəsindən tərpənmişdir.
Tərəflər irəliləyişə çatmaq istəyir.Məncə bu olduqca vacibdir”-deyərək o, qeyd edib. Stefan Viskonti deyib ki, martın 14-də İlham Əliyev Parisdə Fransanın Prezidenti Fransua Olandla görüşəcəkdir.
Mənbə yazır ki, bu günlərdə Bakıda fransalı senatorlarla Əliyev görüşərkən qeyd edilib ki, Azərbaycan prezidenti Fransaya səfər edən müddətdə Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.
MQ rus həmsədri İqor Popov tərəfləri səsləyib ki, Vyanada və Sankt Peterburqda əldə olunmuş şərtləşmələrə əməl etsinlər.